Bizi izləyin

Ölkə futbolu

Tovuzda “sehrli” dəqiqə, Rəhmandan Mutuya dərs

blank
blank

Misli Premyer Liqasının XV turu “Qarabağ”, “Neftçi” və “Sabah”ın xeyrinə işlədi. Digərlərinin xal itirdikləri turda yalnız bu 3 komanda maksimumu bacardı. Nəticədə “Qarabağ” turnir cədvəlində izləyicilərindən bir qədər uzaqlaşmaq, “Neftçi” və “Sabah” isə onlardan öndə olanlara yaxınlaşmaq imkanı əldə etdilər.

Turun antiqəhrəmanı

Tura şənbə günü “Araz-Naxçıvan” – “Səbail” oyunu ilə start verildi. Görüşün ev sahiblərinin üstünlüyü şəraitində keçdiyini desək, yanılmarıq. Oyuna yaxşı başlayan naxçıvanlılar 18-ci dəqiqədə Mohammed Kadirinin fərdi ustalığı sayəsində vurduğu baxımlı qolla önə keçdi.

Sonrakı dəqiqələrdə hər iki komandanın təhlükəli hücumları olsa da, uzun müddət tablodakı rəqəmlər dəyişmədi. “Araz-Naxçıvan”ın heyətində Vadim Abdullayev həmişəki kimi, canfəşanlığı ilə seçilirdi. Ümumiyyətlə, bu futbolçu Naxçıvan klubunun heyətində çox iş görür. Həm dağıdıcı, həm də yaradıcı futbolçu olması Vadimin oyun ərzində diqqət mərkəzinə düşməsinə şərait yaradır. Bunun fonunda “Səbail”də əsas qol ümidi olan Aleksandr Ramalinqom son turlarda özünə bənzəmir. “90 nömrə”nin ön xətdə dişsizlik göstərməsi “Səbail”in qol vurmaq potensialını azaldır.

Artıq hər kəsin hakimin final fitini gözlədiyi bir məqamda – oyuna əlavə edilən 3-cü dəqiqədə “Araz-Naxçıvan” üçün kuryoz hadisə yaşandı. Numan Kurdiç topu uzaqlaşdırmaq istəyərkən tərs toxunuşla onu öz qapısına göndərdi və oyunun antiqəhrəmanı oldu. Bununla Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşdü.

Turun geridönüşü

Son vaxtlar özünə bənzəməyən “Turan Tovuz”la yaxşı formada olan “Sumqayıt”ın dueli maraqla gözlənilirdi. Əvvəlki turlarla müqayisədə tovuzluların baş məşqçisi Ayxan Abbasov qapı xəttində dəyişiklik etmişdi, Kamal Bayramovu çempionatın cari mövsümündə ilk dəfə meydana buraxmışdı. Bu da əbəs yerə deyildi. Son oyunlarda Aydın Bayramov və Tərlan Əhmədlinin etibarsız oyunu gənc mütəxəssisi bu cür addım atmağa vadar etmişdi.

Oyuna sürətli başlayan ev sahibləri erkən qol vurmağa çalışsalar da, özləri eyni aqibətlə üzləşdilər. 6-cı dəqiqədə qonaqlar cərimə zərbəsindən sonra hesabı açdılar. Səbuhi Abdullazadənin əla ötürməsindən sonra müdafiəçilərin arxasından çıxan Elvin Bədəlov topu tora qovuşdurdu. “Sumqayıt”ın uğurlu ev tapşırığından sonra “Turan Tovuz” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Lakin bu dəfə də qol vuran meydan sahibləri yox, qonaqlar oldular. Roi Kehatın qolu “Turan Tovuz” üçün “soyuq duş” oldu.

Ayxan Abbasovun fasilədə dəyişikliyə əl atacağı gözlənilən idi. O, ikinci hissəyə 2 əvəzetmə ilə başladı. Ayxan Quseynov və Otto Conun meydana buraxılması işə yaradı, hər iki əvəzetmə özünü doğrultdu. İkinci hissəyə fırtına kimi başlayan tovuzluların geridönüş etmələri üçün cəmi 8 dəqiqə bəs etdi. Ayxan Quseynov ilk qolun təşkilatçısı olaraq adaşının üzünü ağartdı. İkinci qol isə meydana ikinci hissədə daxil olan Otto Conun aktivinə yazıldı.

Oyuna əla müdaxilələr edən Abbasov vəziyyəti dəyişməyi bacardı. “Turan Tovuz” hesabı bərabərləşdirməklə kifayətlənmək istəmir, 3-cü qolu axtarırdı. Ancaq epizodların birində Mehdi Cənnətov əvvəlcə Ayxanın zərbəsini, ardınca isə Conun təkrar həmləsini dəf etdi. Qələbə qolu üçün irəli atılan Tovuz təmsilçisini 3 epizodda qonaqlar cəzalandıra bilərdilər. Amma bu epizodlarda Kamal Bayramov yaxşı oynayaraq, qapıdakı yerini möhləmləndirdi.

Turun qolu

Adil Şükürovun gəlişindən sonra ölkə kubokunda qələbə qazanan, keçən tur isə “Səbail”lə qolsuz heç-heçə edən “Kəpəz” “Sabah” önünə də ümidli çıxmışdı. Ancaq qonaqlar ilk dövrədə 2:2 etdikləri gəncəlilərə bu dəfə xal vermədilər.

Maraqlıdır ki, Tovuz şəhər stadionu ardıcıl 2-ci gündə 6-cı dəqiqədə qola şahidlik etdi. Anatoli Nuriyev uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı açdı. Topun qapı tirinə dəyərək qapıdan keçməsi onun gözəlliyini bir qədər də artırdı. Odur ki, bu qolu turun qolu adlandırmaq olar.

“Kəpəz” sonrakı dəqiqələrdə məğlubiyyətdən xilas olmaq üçün irəli atılsa da, 15-ci dəqiqədə ikinci dəfə mərkəzə dəvət edildi və “Sabah” Tovuzu 3 xalla tərk etdi.

Turun oyunçusu

“Neftçi” – “Zirə” matçının ilk dəqiqələri göstərdi ki, oyunun taleyini 1 qol həll edəcək. Meydanda daha çox fiziki mübarizənin şahidi olduq. “Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu qapı xəttində Rza Cəfərova şans vermişdi. Yeri gəlmişkən, bu, 20 yaşlı qolkiperin çempionatın cari mövsümündə 4-cü oyunu idi. Diqqət çəkən digər məqamlar Eddi İsrafilovun uzun müddətdən sonra əsas heyətdə yer alması idi.

İlk hissədən narazı qalan Mutu fasilədə 2 dəyişikliyə əl atdı. Mirzov və Şinyaşikini oyundan alan rumın çalışdırıcı Rəhman Hacıyev və Filip Ozobiçi meydana buraxdı. Bu dəyişikliklərdən sonra “Neftçi”nin oyununda canlanma yarandı. Və çox keçmədi ki, hesab açıldı. 60-cı dəqiqədə Kilan Lebonun sol cinahdan ötürməsindən sonra məhz fasilədə meydana buraxılan Rəhman Hacıyev bəstə boyuna rəğmən, rəqib müdafiəçiləri qabaqlayaraq topu başla qapıdan keçirdi. Bununla Hacıyev Mutuya əsas heyətdə oynamağa layiq olduğunu bir daha isbatladı.

Hesabda geri düşən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dərhal üçlü əvəzləməyə əl atdı və Rəhim Sadıxov, Salifu Suma, Eldar Quliyevi meydana buraxdı. Onun müdaxilələrindən sonra “Zirə” hücumda daha kəsərli olmağa başladı. Ancaq Rza Cəfərovun inamlı oyunu və “Zirə”li futbolçuların qeyri-dəqiqliyi hesabın dəyişməsinə mane oldu. Epizodların birində isə Çantakiasın başla zərbəsindən sonra top dirəkdən qayıtdı. Bu, “Zirə”nin cari mövsümdə 3-cü məğlubiyyəti oldu. Komandasına vacib qələbə qazandıran Rəhmanı turun oyunçusu hesab etmək olar.

Onu da qeyd edək ki, “Neftçi”nin heyətində Ervin Koffi digər oyunlarla müqayisədə bu dəfə yaxşı təsir bağışladı. Son dəqiqələrdə rəqibin sürətli əks-hücumu zamanı məhz o, cəld tərpənərək Eldar Quliyevin qol vurmasını əngəllədi, bununla formaya düşdüyünü göstərdi.

Turun darmadağını

Tura lider – autsayder dueli, “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vuruldu. Ağdam klubunun bu görüşdə çətinlik çəkməyəcəyi gözlənilirdi, elə də oldu. “Qarabağ” meydana ehtiyat qüvvə ilə çıxmasına baxmayaraq, rəqibinə futbol dərsi keçdi. Qonaqların qapıçısı Rəşad Əzizli olmasaydı, hesab 3:0-dan da böyük ola bilərdi.

Bu qələbə sayəsində Qurban Qurbanovun komandası liderliyini möhkəmləndirdi. Hazırda “Qarabağ”ı ən yaxın izləyicisi “Zirə”dən 4 xal ayırır. 9-cu pillədən tərpənməyən “Qəbələ” isə indiki halda ancaq “Kəpəz”i qabaqladığına görə öyünə bilər.

Bu görüşdə fərqlənən Hamidu Keyta göstərdi ki, meydanda daha çox olmağı haqq edir. “Qarabağ”ın heyətində hazırda ən yaxşı formada olan futbolçulardan biri isə Olavio Juninyodur. Bu matçda da qol vuran Juninyo ağdamlıların hücum xəttinin lideridir.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm