Premyer-liqa
Tura Qəbələdə start verilir
Bu gün Misli Premyer Liqasında XXXIII tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Kəpəz” “Sabah”la qarşılaşacaq. Oyun məlum səbəblərdən Qəbələ şəhər stadionunda keçiriləcək.
Bu turun “Şamaxı” – “Zirə” (6 may), “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” (7 may) və “Qarabağ”– “Qəbələ” (8 may) oyunları qarşıdakı günlərdə keçiriləcək.
Misli Premyer Liqası
XXXIII tur
5 may
“Kəpəz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu, 18:00.