Ölkə futbolu
Türkiyə klubunun prezidenti: “Ermənilərə lazım olan dərs veriləcək”
Türkiyənin 3-cü Liqasında çıxış edən “Kırıkkale Böyük Anadolu” klubunun futbolçuları və texniki heyəti Azərbaycana dəstək olublar.
Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Hasan Basri Kara ilə oyunçular hazırlıqdan əvvəl Azərbaycan və Türkiyə bayraqları açıblar.
Klubun prezidenti Veli Uca jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda yaşayanlar onun qardaşlarıdır:
“Hazırda Azərbaycanın işğalda olan torpaqları var. Oradakı qardaşlarımız ermənilərlə müharibədədir. Biz də hər platformada Azərbaycana dəstək oluruq. İdman da bunlardan biridir. Mənəvi mənada bəlkə dəstək verə bilərik deyə, bu addımı atdıq”.
Uca Azərbaycanın işğal altında olan torpaqlarda ermənilərə lazımi dərsi verəcəyinə və türkün gücünü bütün dünyaya göstərəcəyinə inam ifadə edib: “Dualarımız hər zaman onlarladır. İnanıram ki, işğaldakı torpaqlar azad ediləcək və yenidən Azərbaycanın olacaq”.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib