Dünya futbolu
Türkiyə klubunda baş məşqçi ayrılığı
“Trabzonspor” baş məşqçisi Nenad Bjelica ilə yollarını ayırmağa qərar verib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Ərtoğrul Doğan məşqçi ilə rəsmi danışıqların aparılmasını tapşırıb.
Klubla 2024-2025 mövsümünün sonuna qədər müqaviləsi olan xorvat mütəxəssisə təzminat ödəniləcək.
“Trabzonspor” Türkiyə çempionatında 8 oyuna 12 xalla beşinci yerdə qərarlaşıb.
Klub son oyununda “Adana Dəmirspor”a 1:0 hesabı ilə məğlub olub.