Dünya futbolu
Türkiyə klubunun avtobusu qəzaya uğradı
Türkiyənin “Fatsa Belediyespor” klubunun avtobusu qəzaya uğrayıb.
Futbolinfo.az xəbər verir ki, içərisində 33 nəfərin olduğu avtobus Kırıkkaledən Samsuna gedərkən Delice mahalında aşıb.
Qəzaya güclü qar yağışı nəticəsində yolun həddən atıq sürüşkən olması səbəb olub. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi qəzaya urğayıb.
Hadisə nəticəsində komanda üzvlərinə heç nə olmasa da, avtobusun sürücüsü yüngül xəsarətlər alıb.
Qeyd edək ki, “Fatsa Belediyespor” Türkiyənin 3-cü liqasında mübarizə aparır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”