AÇ-2020
“Turniri başımız dik tərk edirik” – Petkoviç
İsveçrə milli komandasının baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin 1/4 final mərhələsində İspaniya yığmasına məğlub olduqları oyundan (1:1, penaltilər 1:3) sonra fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, Petkoviç, futbolçuları ilə qürur duyduğunu deyib:
“İspaniyanı təbrik edirəm. Hədəflərinə çatmaq üçün hər şey etdilər və penaltilərlə qazana bildilər. Futbolçularımla qürur duyuram. Onların hər biri qəhrəmandır. Yarımfinala çıxmağa layiq idik.
Fərqli hisslər yaşayıram. Qürur duyuram, hamımız qürur duymalıyıq. Turniri başımız dik tərk edirik. Yarımfinala çox yaxın olsaq da, alınmadı. Mənfi şeylərdən çox, müsbət hisslər var. Bütün futbolçular qəhrəmandır. Çünki onlar bu oyunu penaltilərə qədər gətirə bildilər”.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib