Ölkə futbolu
UEFA “Bazel” – “Qarabağ” matçı ilə bağlı sorğu keçirdi
UEFA bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində İsveçrədə baş tutacaq “Bazel” – “Qarabağ” oyunu barədə sorğu keçirib.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı turnirin rəsmi “Tvitter” səhifəsində “Qarabağ”ın Bazel səfəri: Kim qalib gələcək”? başlığı altında paylaşım edilib.
Səsvermədə iştirak edənlərin 60.4 faizi meydan sahiblərinin, 29.6 faizi isə Azərbaycan təmsilçisinin qələbə qazanacağını vurğulayıb. Görüşün heç-heçə ilə başa çatacağını düşünənlər isə 9.9 faiz təşkil edib.
“Sankt Yakob Park” stadionunda baş tutacaq “Bazel” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?