Dünya futbolu
UEFA-dan Emre Belözoğluna sərt cəza
“Başakşehir”in baş məşqçisi Emre Belözoğlu UEFA tərəfindən cəzalandırıb. Bu barədə “Milliyet” nəşri məlumat yayıb.
42 yaşlı mütəxəssisin cəzalandırılmasına səbəb Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi” (Netanya, İsrail) ilə ilk oyunda (1:1, cavab matçı – 1:0) Pro lisenziyası olmadığı halda, texniki zonada yer alması olub. Ona görə də Belözoğlu lisenziyası olanadək UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi tərəfindən avrokubok matçlarında iştirakdan uzaqlaşdırıb. “Başakşehir” isə 10 min avro cərimələnib.
Qeyd edək ki, “Başakşehir”in Konfrans Liqasının A qrupundakı rəqibləri “Fiorentina” (İtaliya), “Harts” (Şotlandiya) və RFŞ (Latviya) olacaq.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”