Dünya futbolu
Valverde gələn mövsüm də “Atletik”də olacaq
Ernesto Valverde yeni müqavilə bağlayıb. “Atletik”in baş məşqçisi mövsümün sonunda bitən anlaşmasını daha bir illik artırıb.
Futbolinfo.az xəbər verir ki, Bilbao onun rəhbərliyi altında yaxşı mövsüm keçirir. “Atletik” 21 oyundan topladığı 32 xalla La Liqada 7-cı sıradadır və avrokuboklara vəsiqə qazanmaq şansını saxlayır. Bu, rəhbərliyin Valverde ilə əməkdaşlığı davam etdirməsi üçün yetərli səbəbdir.
59 yaşlı çalışdırıcı “Atletik”ə ötən yay gəlib. O, 2003-05 və 2013-17-ci illərdə də bilbaoluların “sükanı arxasında” olan Ernesto bu klubun yetirməsidir. 1997-ci ildə bask klubunun uşaq komandalarında işləməyə başlayan Valverde, 2000-də əsas komandanın köməkçisi kimi karyerasına start verib.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”