Dünya futbolu
Valverdenin kapitanlıq arzusu
Federiko Valverde “Real”ın kapitanı olmaq istəyir. Uruqvaylı yarımmüdafiəçi belə xəyalının olduğunu gizlətmir.
Futbolinfo.az xəbər verir ki, o, milli komanda üçün də eyni arzudadır: “Həm Uruqvay millisində, həm də Madrid klubunda kapitan olmaq arzusundayam. Ümid edirəm, nəvaxtsa bu, real olacaq”.
Valverde əlavə edib: “Burada hər zaman Luka Modriç, Dani Karvahal və Toni Kroosdan birşeylər öyrənməyə çalışıram. Onlar bizim kapitanlarımızdır və nümunəvi insanlardır”.