Dünya futbolu
Van Deyk narahat, amma ümidlidir
Vircil van Deyk İngiltərə Premyer Liqasında yeni mövsümöncəsi düşüncələrini bölüşüb. Niderland millisinin üzvü narahatdır.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”un yeni kapitanı heyətin kifayət qədər güclənməməsinə görə azarkeşlərin narahatlığını başa düşür: “Bir çox oyunçu sıralarımızı tərk etdi. Yeni kapitan və vitse-kapitanlar var. Cəmi iki yeni oyunçu transfer etmişik. Amma oyun üslubumuz, topa sahibolma dəst-xəttimiz dəyişməz qalıb – bu, çox yaxşıdır. İtirdiyimiz futbolçular çox dəyərli idi, ona görə insanların narahatlığını anlayıram. Bəlkə də futbolçu sayımız yetərincə deyil. Uzun bir mövsüm olacağından bu. problem yarada bilər”.
Mərkəz müdafiəçisi narahatlıqlara baxmayaraq ümidli və soyuqqanlıdır: “Özümüzə güvənməliyik, komanda halında bir olmalıyıq. Son illər uğurlarımızda ciddi rol oynamış önəmli futbolçular getdi, amma digərləri onların yerini alacaq. Hər kəs üçün özünü göstərmək meydanıdır. Mövsümün startını səbrsizliklə gözləyirəm”.