Dünya futbolu
Vlahoviçə yeni müqavilə təklifi
“Yuventus” Duşan Vlahoviçin durumundan məmnundur. Turinlilər bu səbəbdən Serbya millisinin üzvünə yeni müqavilə təklif edəcək.
Futbolinfo.az xəbər verir ki, “Qoca Sinyora” bir çox klubun xidmətində maraqlı olduğu forvardı uzun müddət sıralarında saxlamaq istəyir. Bunun üçün onun agentinə müraciət edilib. Bu həftə ilk görüş olacaq və danışıqlar başlayacaq. “Yuventus” hazırkı müqavilənin müddətini 2027-ci iln yayınadək uzatmaq niyyətindədir.
Vlahoviç Turinə 2022-ci ilin yanvarında gəlib. 23 yaşlı hücumçu üçün “Fiorentina”ya 81 milyon avro ödənilmişdi. Onunla anlaşma 2026-cı ilin yayına qədərdir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub