Ölkə futbolu
“Xəzər Lənkəran” fəaliyyətini tam dayandırdı
“Xəzər Lənkəran” Futbol Klubu fəaliyyətini tamamilə dayandırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə qərarı fəxri prezident Mübariz Mənsimov verib.
Hazırda Türkiyədə həbs həyatı yaşayan iş adamı sahibi olduğu klubun ləğvi barədə göstəriş verib. Onun bu tapşırığı artıq burada çalışan məşqçi və işçilərə elan olunub.
2004-cü ildə yaradılan və 2016-ci ilin mayınadək Premyer Liqada varlığını sürdürən “Xəzər Lənkəran” son 4 ildə yalnız uşaq futbolu üzrə fəaliyyətini sürdürüb. Bu müddətdə akademiya 3 yaş qrupu üzrə komanda ilə məhdudlaşıb.
Martda Türkiyə polisi tərəfindən həsb olunan Mübariz Mənsimov faktiki olaraq bütün iqtisadi rıçaqlarını itirib. Ona məxsus “Palmali” şirkəti sürətlə müflisləşməkdədir.
Bu üzdən “Xəzər Lənkəran” stadionu da qeyri-rəsmi şəkildə satışa çıxarılıb. Hazırda real və münasib alıcı axtarılır. (Sportinfo)