Digər idman növləri
Yannis Lillardın gəlişindən ilhamlanıb
“Miluoki” komandasının ulduzu Yannis Adetokunbo Demian Lillardın gəlişindən sonra keçirdiyi hisslər barədə danışıb.
“Özümü işə daha çox konsentrasiya etmişəm. Çünki yanında Lillard kimi biri varsa, 100% hazır olmalısan. Biz bir-birimizə enerji və motivasiya veririk. O, məndən çox şey gözləyir. Hər ikimiz yarışmağı və uğur qazanmağı çox sevirik. Lillardın tam hazırlıqlı olması hamımızın işinə yarayacaq. Ondan daha aqressiv olmasını gözləyirəm.
Demianın gəlişi domino effekti yaradıb. İndi komanda daha ciddi məşq edir. Bu vəziyyət çox xoşuma gəlir. Ümid edirəm ki, çempionluğu qazana biləcəyik”, – deyə Yannis Brayan Skalabriniyə verdiyi müsahibəsində fikirlərini açıqlayıb.