Ölkə futbolu
Yapon legioner: “Bunu dəyərləndirməyə borcluyuq”
“Kəpəz”lə qarşılaşma bizim üçün çox vacib qarşılaşma idi. Sevinirəm ki, qalib gəldik”. Bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Masaki Murata deyib.
Yapon oyunçu komandanın Misli Premyer Liqasının 32-ci turunda “Kəpəz” üzərindəki 1:0 hesablı qələbədən danışıb: “Əslində, bir tur əvvəl “Qəbələ” ilə qarşılaşmada qələbəyə çox yaxın idik, təəsüf ki, sonda məğlub olduq. Azarkeşlərimizin də dəstəyi nəticəsində son turda qələbə qazanmağı bacardıq. Bunun üçün sevincliyik”.
Masaki qarşıdakı “Səbail”lə matçdan da söz açıb: “Yaxşı komandamız var. Bu tur da bizim üçün olduqca vacibdir. Hər kəs son turlar üçün məsuliyyəti dərk edir.Əlbəttə, azarkeşlərimizin önündə oynayırıq, bunu dəyərləndirməyə borcluyuq. “Səbail”lə oyun bizim üçün həqiqətən finala bərabərdir. Bilirik, onlara da qələbə çox vacibdir”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi