Bizi izləyin

Müsahibə

“Yığmamız qrupda daha çox xal toplaya bilərdi”

blank
blank

Azərbaycan yığmasının sabiq futbolçusu Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

– Millimiz AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçə qalib gəlməklə hər kəsi təəccübləndirdi. 3:0 hesablı qələbə sizin üçün də sürpriz oldu?

– Sevindirici haldır ki, yığmamız böyükhesablı qələbə qazandı. Bu hesabı oyundan öncə kiminsə təxmin edəcəyinə inanmıram. Amma millimizin İsveçlə görüşdə xal qazana biləcəyinə inam var idi. 3:0 hesabını isə yəqin ki, heç kim gözləmirdi. Komandamız yaxşı oynadı və layiqli qələbə qazandı.

– Nə baş verdi ki, səfərdə 0:5 hesabı ilə uduzduğumuz İsveçə öz meydanımızda 3 cavabsız topla qalib gəldik?

– İsveç yığması kimi komandaya 3:0 hesabı ilə qalib gəlmək çox yaxşı haldır. Rəqib zəif deyildi. Belə qələbənin necə baş verdiyini bilmirəm. Amma onu deyim ki, açıq-aşkar üstün tərəf biz idik. Uşaqlar əla təsir bağışladılar. İnşallah, qələbələr davamlı olar.

– Emin Mahmudovun meydanın mərkəzindən vurduğu qol haqda da fikirləriniz maraqlıdır. Dünya futbolunda nadir hallarda rast gəlinən qola imza atdı…

– Emin bu oyunda ən yaxşılardan idi. Düzdür, bütün uşaqlar əla mübarizə apardılar. Ancaq Emin Mahmudovun o qolu futbolçunun səviyyəsini göstərir. Həmin anda saniyə söhbətidir ki, rəqib qapıçını görüb, zərbə vurmağı düşünəsən. İsveç yığmasının qolkiperi ikinci hissədə tez-tez irəli çıxırdı. Bir epizodda Toral Bayramov da aşırma zərbə ilə onu cəzalandırmaq istəyirdi. Ondan fərqli, Mahmudov istəyinə çatdı. Emin ustalıq səviyyəsi yuxarı olan futbolçudur. Həqiqətən də gözəl qol vurdu.

– AFFA oyundan öncə siz və digər sabiq milli üzvlərini təltif etdi. Bu haqda nə deyə bilərsiniz?

– Həm AFFA-nın baş katibi Sərxan Hacıyevə, həm də gənclər və idman naziri Fərid Qayıbova təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, belə bir tədbir təşkil etdilər. Verdikləri dəyərə görə minnətdaram. Əvvəllər belə şeylərə az rast gəlirdik, halbuki tez-tez olmalıdır. Digər veteran futbolçuları da oyunlara dəvət etsinlər, belə tədbirlər keçirsinlər. Çox xoş an idi. Bizi unutmadıqlarına görə bir daha təşəkkür edirəm. İstərdim ki, bütün veteran futbolçularımıza dəyər verilsin.

– İsveç üzərindəki qələbədən sonra Belçika səfərində komandamızdan hansı nəticəni gözləyirsiniz? Səfərdə də sensasiya etməyə gücümüz çatarmı?

– Əlbəttə, 3:0 hesablı qələbədən sonra millidə əhval-ruhiyyə əla olmalıdır, Belçika ilə matça yaxşı hazırlaşmalıdırlar. Belçikada da qələbə qazanmaqlarını istəsəm də, düşünürəm ki, çox çətin olacaq. Çünki rəqib çox güclüdür. Üstəlik, səfərdə oynayacağıq. Bunları nəzərə alaraq, yığmamızın Belçikaya da qalib gələcəyinə inanmıram. Amma istərdim ki, heç olmasa, 1 xalla evə dönsünlər.

– Hamı bu fikirdədir ki, yığmanın hazırkı heyəti ilə daha çox xal qazanmaq olardı. Siz bu barədə nə düşünürsünüz?

– Bəli, hazırkı heyətin potensialı böyükdür. Cavan, perspektivli oyunçularımız çoxdur. Bir neçə futbolçumuz xaricdə çıxış edir. Bundan əlavə, bizim çempionatda yaxşı klublarda əsas heyət üzvü olanlar var. Mən də o fikirdəyəm ki, yığmamız qrupda daha çox toplaya bilərdi.

– Millinin çalışdırıcısı Canni de Byazinin müqaviləsinin sonuna az qalıb. Sizcə, onunla yola davam etmək lazımdır, ya yerinə azərbaycanlı məşqçi təyin edilməlidir?

– Mən həmişə tərəfdarı olmuşam ki, yığmamızda azərbaycanlı məşqçi çalışsın. Yenə deyirəm, hazırkı heyətimiz yaxşıdır. Azərbaycanlı məşqçiyə şans verilsə, ən azı indiki nəticədən pis nəticə olmayacaq. Bu, subyektiv fikrimdir. Təbii ki, baş məşqçi məsələsi ilə bağlı son qərarı AFFA verəcək.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2023-11-28 11:46

“Real”ın hücumçusu Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçildi

blank
Digər idman növləri2023-11-28 11:33

Lebron Ceymsin ən acı məğlubiyyəti

blank
Digər idman növləri2023-11-28 11:17

Avroliqada ərəb klubu olacaq

blank
Ölkə futbolu2023-11-28 11:00

Norveçdə həlledici matç: “Qarabağ” erkən qoldan qaça bilsə…

blank
Digər idman növləri2023-11-28 10:42

Olimpiya seçmə turnirlərinin püşkü atıldı

blank
Ölkə kuboku2023-11-28 10:23

“Turan Tovuz” – “Göygöl” oyununun biletləri satışa çıxarıldı

blank
Digər idman növləri2023-11-28 10:07

MBA-da həftənin ən yaxşıları

blank
Ölkə futbolu2023-11-28 09:50

Gəncə stadionu yenidən qurulur – FOTOLAR

blank
Dünya futbolu2023-11-28 09:32

Çempionlar Liqasında 5-ci tur başlayır

blank
Dünya futbolu2023-11-28 09:15

“Atletiko” Molinaya 70 milyon avro qiymət qoydu

blank
Milli komanda2023-11-28 08:58

De Byazi özünü tərifləyir: “Rəsm çəkməyə çalışdım”

blank
Dünya futbolu2023-11-28 08:53

Klopp Alissonun zədəsinə görə narahatdır

blank
Ölkə kuboku2023-11-28 08:35

Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək

blank
Dünya futbolu2023-11-28 08:17

Ronaldo penalti qazandı, hakimdən ləğv edilməsini xahiş etdi

blank
Müsahibə2023-11-28 08:00

Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”

blank
Dünya futbolu2023-11-28 02:40

“Jirona”nı büdrədən tapıldı

blank
Dünya futbolu2023-11-28 02:19

“Vulverhempton” “Fulhem”ə məğlub oldu

blank
Dünya futbolu2023-11-28 02:00

“Torino” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2023-11-28 01:30

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Ölkə futbolu2023-11-28 01:03

Qurban Qurbanova həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

blank
Dünya futbolu2023-11-28 00:48

Hüseynovlu “Arda” darmadağına üzüldü

blank
Digər idman növləri2023-11-27 23:47

Azərbaycan çempionatında 3-cü turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2023-11-27 23:33

“Başakşəhər” darmadağına sevindi, “Trabzonspor” xal itirdi

blank
Ölkə futbolu2023-11-27 21:27

“Mingəçevir”də baş məşqçi dəyişikliyi

blank
Digər idman növləri2023-11-27 21:03

“Xarı Bülbül”dən mövsümün ilk qələbəsi

blank
Digər idman növləri2023-11-27 20:20

“Kür” vahid liderliyə yüksəldi

blank
Dünya futbolu2023-11-27 20:00

Bellingemdən növbəti rekord

blank
Dünya futbolu2023-11-27 19:46

Klyuvert bunu 5 mövsümə bacardı

blank
Dünya futbolu2023-11-27 19:33

La Liqada ən çox qırmızı vərəqə alan futbolçu

blank
Ölkə futbolu2023-11-27 19:15

“Şamaxı”da yeni baş məşqçi – RƏSMİ

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm