Dünya futbolu
Yığmamızın keçmiş üzvü Abidala qarşı
Azərbaycan millisinin keçmiş futbolçusu Vyaçeslav Lıçkin MDB yığmasının heyətində “Ulduzlar yığması”na qarşı keçiriləcək “Əfsanələr Kuboku-2023” turnirinə dəvət edilib.
Futbolinfo.az xəbər verir ki, millinin keçmiş yarımmüdafiəçisi ənənəvi olaraq hər il təşkil olunan yarışda Aleksandr Qleb, Erik Yaximoviç, Farhadbek İrismetov, Sarvar Ceparov, Aleksandr Qatskan kimi oyunçularla eyni komandada mübarizə aparacaq.
Onların rəqibi “Ulduzlar yığması”nda isə Junior Bayano, Georqios Karaqunis, Ruben De La Red, Erik Abidal, Esteban Kambyasso, Cey-Cey Okoça, Floran Maluda, Edmilson kimi tanınmış simalar yer alıblar.
Oyun fevralın 12-də, Moskvadakı “Meqasport” idman zalında keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək