Digər idman növləri
Yığmamızın və “Neftçi”nin oyunlarının təqvimi açıqlandı
3×3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi” klubunun Polşanın Katovitse şəhərində keçiriləcək Dünya Qadın Seriyasının növbəti mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, yığmamız qrupa vəsiqə qazanmaq üçün İsrail və Rumıniya seçmələri ilə təsnifatda üz-üzə gələcək.
“Neftçi” isə B qrupunda Litva və İtaliya milliləri ilə mübarizə aparacaq.
Hər iki komanda ilk oyununu avqustun 14-də keçirəcək. Azərbaycan millisi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə İsraillə, “Neftçi” isə 17:05-də start götürəcək matçda İtaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələlərin oyunları 14-15 avqustda gerçəkləşəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı