Digər idman növləri
Yüksək Liqada növbəti turun oyun proqramı açıqlandı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, 3-cü dövrədə keçiriləcək 14-cü turun matçları martın 29-da təşkil olunacaq.
Günün ilk qarşılaşmasında saat 15:00-da MOİK – “Murov”la üz-üzə gələcək, ardınca saat 17:00-da isə “Sərhədçi” – “Ekspress” matçına start veriləcək.
Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.