Milli komanda
Yurçeviçi Livandan da qovdular
Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç yeni iş yerində də çox qala bilməyib.
Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis cəmi iki ay əvvəl “sükanı arxasına” keçdiyi Livan yığmasından ayrılıb.
Yerli futbol federasiyası tərəflərin qarşılıqlı razılıqla müqaviləyə xitam verdiklərini açıqlayıb. Səbəb kimi isə bu göstərilib: “Qərar Asiya Kubokunun final mərhələsindən əvvəl komandaya ən yaxşı məşqçi heyətinin təmin edilməsi üçün İcraiyyə Komitəsinin üzvlərinin müzakirələrindən sonra qəbul edilib”.
Asiya Kuboku yanvarın 12-də başlayacaq və açılış matçında Livan ev sahibi Qətərlə qarşılaşacaq.
Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə millimizi çalışdırıb. Uöursuz nəticələrə görə onunla müqavilənin müddəti artırılmamışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?