Dünya futbolu
Zidanın oğlunun yeni klubu bəlli oldu
“Real”ın sabiq futbolçusu Enzo Zidanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Fransa ikinci divizion təmsilçisi “Rodez”ə transfer olunub.
Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Futbolçu yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Enzo Zidan “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanın oğludur. Fransalı mütəxəssis 10 il əvvəl “Rodez”in səhmdarı olub.
Qeyd edək ki, Enzo Zidanın son olaraq Mərakeş “Vidad”ında oynayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”