Ölkə futbolu
"Qəbələ" Roman Qriqorçuk ilə də danışıq aparıb
"Qəbələ"nin baş məşqçi axtarışları davam edi…
"Qəbələ"nin baş məşqçi axtarışları davam edir. Futbolinfo.az xəbər verir ki, bölgə klubunun rumıniyalı Dorinel Munteanu ilə anlaşdığı barədə xəbərlər yayılsa da, rəhbərlik bunu təkzib etdi.
Əldə etdiyimiz məlumata görə, "Qəbələ" Munteanudan öncə daha bir mütəxəssisə dəvət göndəribmiş. Bu, ukraynalı təcrübəli mütəxəssis Roman Qriqorçukdu. Lakin tərəflər arasında danışıqlar sonda uğursuz alınıb.
Maraq üçün xatırladaq ki, Qriqorçuk məşqçilik karyerasına 1998-ci ildən başlayıb. 7 il Latviyanın "Dinaburq" komandasına başçılıq edən Roman daha sonra 4 il ərzində bu ölkənin digər klubunu – "Ventspils"i çalışdırıb. 2009-cu ildə vətəninə qayıdan mütəxəssis Zaporojye "Metallurq"unda faəliyyət göstərib. 2010-cu ildən etibarən isə 49 yaşlı məşqçi Odessa "Çernomorets"ində çalışır.
Sonda onu da qeyd edək ki, "Qəbələ"nin yeni baş məşqçisinin kimliyi sabah dəqiqləşəcək. Bölgə klubunun anlaşdığı mütəxəssisin səhər saatlarında Bakıya gəlməsi və yekun müqaviləyə imza atması gözlənilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”