Dünya futbolu
Yeni dünya çempionu – Almaniya!
Braziliyada təşkil olunan futbol üzrə dünya çempio…
Braziliyada təşkil olunan futbol üzrə dünya çempionatına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, mundialın həlledici oyununda Argentina və Almaniya yığmaları üz-üzə gəliblər.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın ikinci hissəsində isə almanlar hesabı açmağa nail olublar. Məhz bu qol Avropa təmsilçisinə qızıl medalları qazandırıb.
Qeyd edək ki, bu, Almaniyanın dördüncü dünya çempionluğudu. Avropa təmsilçisi bundan öncə daha üç dəfə dünya çempionu olmuşdu – 1954, 1974 və 1990-cı illərdə. Əfsanəvi Dieqo Maradonanın həmyerliləri isə sadəcə, 1978 və 1986-cı illərdə mundialın qızıl medallarına sahib çıxıblar.
DÇ-2014
Final
13 iyul
Almaniya – Argentina – 1:0
Qol: Götze, 113.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”