Ölkə futbolu
“Valletta”nın hücumçusu: "Azlıqda qaldığımıza görə öz oyunumuzu göstərə bilmədik"
Malta "Valletta"sının hücumçusu Latif Elford-A…
Malta "Valletta"sının hücumçusu Latif Elford-Alliyu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirilən cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan 22 yaşlı futbolçu 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Nə deyə bilərəm ki? İstədiyimiz alınmadı. Bakıdan böyükhesablı məğlubiyyətlə ayrılırıq. İstəməzdik ki, belə olsun. Amma bizi də başa düşmək lazımdı. Güclü rəqibə qarşı 10 nəfərlə mübarizə aparmaq çətindi. Bu matçda 2 futbolçumuz qırmızı vərəqə alaraq, meydandan qovuldu. Artıq hakimin qərarları barədə danışmaq da gecdi. Olan oldu. Azlıqda qaldığımıza görə də istədiyimiz oyunu meydanda göstərə bilmədik”.
Nigeriyalı forvard Ağdam klubunun üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriya “Zalsburq”u ilə bağlı da danışıb:
“Açığı “Zalsburq” klubunu elə də yaxşı tanımıram. Amma eşitmişəm ki, güclü klubdu. Məncə, Qarabağ” “Zalsburq”la mübarizə apara bilər. Çünki komandanın yarımmüdafiə və hücum xətti güclü, fərdi keyfiyyətlərə malik futbolçulardan ibarətdi”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”