Ölkə futbolu
“Zalsburq” sabah gəlir
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” üçüncü təsnifat mərhələsində “Zalsburq”u qəbul edəcək. Futtbolinfo.az xəbər verir ki, Tofiq Bəhramov aına Respublika tadionunda keçiriləcək ilk görüş iyulun 30-da baş tutacaq.
Təmsilçimizin rəqibi olan Avstriya çempionu artıq sabah Bakıya gələcək. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, “öküzlər” bu müddət ərzində “Marriott” otelində məskunlaşacaq. Rəqib komandanın baş məşqçisi Adolf Hütter saat 22:30-da mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra, 23:00-da isə avstriyalılar oyunun keçiriləcəyi mərkəzi arenada son məşqə çıxacaqlar.
"Qarabağ" isə 20:15-də son məşqə çıxacaq. Həmin vaxt baş məşqçi Qurban Qurbanov da jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, qarşılaşma iyulun 30-da keçiriləcək və saat 20:30-da başlayacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”