Müsahibə
Quluzadə: "Portuqaliyaya getmək üçün 2 ay viza gözlədim"
Bir müddət öncə Portuqaliya çempionatının 2-ci Li…
Bir müddət öncə Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) mübarizə aparan "Atletiko" klubu ilə 2 illik müqavilə bağlayan azərbaycanlı yarımmüdafiəçi Amit Quluzadənin futbolinfo.az saytına müsahibəsi
– "Atletiko" ilə 2 illik müqavilə bağlamısız. Yeni klubunuzla bağlı təəssüratlarınız necədi?
– Təəssüratlarım yaxşıdı. Hələ ki, pis heç nə yoxdu. Çalışıram ki, əlimdən gələni edim və özümü yaxşı tərəfdən göstərim.
– Bu keçid necə baş tutdu?
– "Atletiko" klubu menecerim vasitəsilə mənimlə əlaqə saxladı. Yaxşı təklif idi və mən də qəbul etdim.
– Həmin vaxt Türkiyə klubuna keçəcəyiniz deyilirdi. O transfer niyə baş tutmadı?
– Düzünü desəm, Türkiyədən təklif var idi. Amma mən Portuqaliyaya getmək üçün 2 ay viza gözlədim.
– Yerli klublardan təklif yox idi?
– Yerli klublardan da təkliflər almışdım. Amma mən karyeramı xarici ölkədə davam etdirmək istəyirdim. Ona görə də "Atletiko"nu seçdim.
– Yerli klublardan da təkliflər almışdım. Amma mən karyeramı xarici ölkədə davam etdirmək istəyirdim. Ona görə də "Atletiko"nu seçdim.
– Komandanızın çıxış etdiyi çempionatın səviyyəsi necədi? Bizim Premyer Liqadan üstündü, ya necə?
– Hesab edirəm ki, bu barədə müqayisə aparmağım, yaxud bu çempionatın səviyyəsi barədə nəsə deməyim hələ ki, tezdi. Çünki burada hələ bir oyuna çıxmışam.
– Sabiq komandanız "Qəbələ"də niyə möhkəmlənə bilmədin?
– Bilmirəm. Hesab edirəm ki, artıq keçmiş keçmişdə qaldı. Çalışmalıyam ki, burada özümü yaxşı tərəfdən göstərə bilim.
– "Atletiko"da "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbo da çıxış edir. O, komandaya uyğunlaşmağınızda Sizə kömək edir?
– Bəli. Sağ olsun, çox gömək edir.
– Millimiz AÇ-2016-ın seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanla qarşılaşdı və rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Həmin oyunu izlədiz? Sizcə, bu məğlubiyyətdən sonra qrupda 3-cü yeri tutmaq şansımız var?
– Açığı, oyuna canlı baxa bilmədim. Bu barədə saytlardan məlumat aldım. Demek olar ki, biz Bolqarıstanı məğlub edə bilərdik, amma alınmadı. Fikirimcə, hələ də qrupda 3-cü yeri tutmaq üçün şansımız var.
ELMAR VƏLİYEV
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”