Premyer-liqa
Arif Əsədov: "Yerlilərlə bağlı problemimiz var"
"Neftçi"nin baş məşqçisi Arif Əsədov legi…
"Neftçi"nin baş məşqçisi Arif Əsədov legioner limitinə görə bəzi aparıcı heyət üzvlərindən yararlana bilməməsindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə səfər oyunundan sonra bunları söyləyib:
"Qələbə üçün gəlmişdik. Oyuna yaxşı başladıq. Komandamdan razı qaldım. Müdafiədə də yaxşı oynadıq. Yaxşı da hücumlar qura bildik. Düzdü, "Xəzər Lənkəran"la oyunda Saşa Stamenkoviç qırmızı vərəqə alanda onun əvəzinə Pavel Doroşevə şans verdik. O da yaxşı oynadı. Bu oyunda niyə Emil Balayev meydana çıxdı? Emin məşqlərdə yaxşı idi. Amma burada limit məsələsini də nəzərə almışdıq. Erik Ramos və Bruno Bertuççi də əsas heyət üzvlərimiz olaraq qalır. Sadəcə, limit məsələsinə görə çempionat oyunlarında daha çox yerli futbolçularımıza üstünlük veririk. Bizdə yerli oyunçularla bağlı problem var. Xüsusilə də müdafiədə".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”