Premyer-liqa
“Bakı”dan antirekord, “İnter” “Xəzər Universiteti”nə çata bilmədi
Topaz Premyer Liqasının 6-cı turunun “İnter” – “…
Topaz Premyer Liqasının 6-cı turunun “İnter” – “Bakı” oyunu hər iki klubun tarixinə düşüb. Futbolinfo.az xəbər verir ki, “İnter Arena” stadionunda qeydə alınan 7:0 hesablı qələbə “İnter”in bu ad altında Azərbaycan çempionatlarında qazandığı ən böyükhesablı qalibiyyətdi.
Paytaxt təmsilçisi tarixi ərzində yalnız bir dəfə – hələ “Xəzər Universiteti” adını daşıdığı zamanda daha fərqli zəfərə sevinmişdi. 11 il əvvəl 2003-cü il iyulun 5-də bakılılar “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdi. “İnter”in tarixində daha bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər qələbəsi qazanmışdı.
6-cı turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini “Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da baş tutan paytaxt derbisində “ağ-qaralar” rəqibini 6 cavabsız qolla məğlub etmişdi. (PFL)
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”