Dünya futbolu
“Liverpul” cəzalanacaq
"Liverpul" maliyyə feyr-pleyi qaydalarını pozduğu ü…
"Liverpul" maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün cərimələnə bilər. Futbolinfo.az xəbər verir ki, bu haqda "The Times" məlumat yayıb.
Yayda 2013/14 mövsümündə Çempionlar Liqasında iştirak etməyən klublar son iki ilin maliyyə hesabatlarını açıqlayıblar. Hesabatın nəticələrinə əsasən, "Liverpul"un 2012/13 maliyyə ilində 49,8 milyon funt sterlinq zərərə uğradığı aydın olub. Bundan əlavə, "mersisaydlılar" 2012-ci ilin mayına qədər olan digər 10 aylıq periodda da 41 milyon funt ziyana düşüb.
Əgər "Liverpul" məsələylə bağlı hansısa tutarlı sübut göstərməsə, UEFA klubu Çempionlar Liqasında iştiraka görə ödənilən 7 milyon funt sterlinqdən məhrum edəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”