Dünya futbolu
Azərbaycanlı futbolçuların dueli sülhlə başa çatdı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunlar…
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə digər futbolçularımız Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" ilə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana daxil olan İmamaverdiyev 80 dəqiqə mübarizə aparıb və 38-ci dəqiqəbə qol vurub. Cavadov 73, Hacıyev 87-ci dəqiqədə oyuna daxil olub. Hazırda millimizin heyətində yer alan Budak isə bu matçda komandasına kömək edə bilməyib.
Qeyd edək ki, "Elazığspor" hazırda 5 xalla 9-cu, "Qaziantep BB isə 4 xalla 15-ci yerdə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”