Ölkə futbolu
Əmircanov: "Əməliyyata ehtiyac yoxdu"
Zədəli olan və Bakıda müalicə alan Azərbaycan millisinin v?…
Zədəli olan və Bakıda müalicə alan Azərbaycan millisinin və "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov hazırkı durumu ilə bağlı açıqlama verib. Futbolinfo.az saytına danışan müdafiəçi ümumilikdə 10 gün müalicə almalı olduğunu deyib:
"Sol ayağımdan zədələnmişəm. İndi Bakıdayam və 3 gündü ki, müalicə alıram. Həkim deyir ki, bundan sonra da 1 həftə müalicə olunacaqsan. Ondan sonra yavaş-yavaş məşqlərə başlaya bilərəm. Gərək müalicəni sona qədər davam etdirəm ki, zədəm bir də təkrarlanmasın. Məndəki, birinci dərəcəli menisk zədəsidi ona görə də əməliyyata ehtiyac yoxdu, müalicə ilə sağaltmaq olur".
Qeyd edək ki, Əmircanov zədə səbəbindən Azərbaycan millisinin İtaliya və Xorvatiya ilə oyunları üçün açıqlanmış heyətdən kənarlaşdırılmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”