Ölkə futbolu
AZAL yenə "Qəbələ"yə qalib gəldi
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən AZAL v…
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən AZAL və "Qəbələ" klubları bu gün yoxlama oyunu keçiriblər. Futbolinfo.az xəbər verir ki, Qəbələdə keçirilmiş qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı meydan sahiblərinin üzvü Adrian Ropotan açıb. Amma əzmkarlıq nümayiş etdirən Tərlan Əhmədovun komandası Rəşad Abdullayevlə Freddi Mombonqonun qolları sayəsində qələbə qazanmağı bacarıb.
Xatırladaq ki, bu komandaların Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində Qəbələdə baş tutmuş oyununda da bakılılar eyni hesabla üstün olmuşdular.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”