Milli komanda
"İtaliya və Xorvatiyaya ürəksiz getməyin yeri yoxdu"
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsin…
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Malta yığmasının qapıçısı Niki Vella bolqarıstanlı baş məşqçi Lyuboslav Penevin açıqlamasına münasibət bildirib. Futbolinfo.az saytına danışan qolkiper Penevin "Azərbaycan və Maltanın qrupda şansı yoxdu" fikirinə belə cavab verib:
"Ola bilər ki, Penev düz deyir, amma mümükünsüz bir şey yoxdu. Baxmayaraq ki, qrupumuzda İtaliya, Xorvatiya, Bolqarıstan kimi güclü komandalar var, amma biz də zəif deyilik. Biz də çalışacağıq ki, əlimizdən gələni edib xallar qazanaq. Azərbaycan milli komandası ilə bağlı onu deyə bilərəm ki, ola bilər, Penev haqlıdı. Çünki sizin komanda növbəti matçlarında səfərdə İtaliya və Xorvatiya kimi nəhənglrə qarşı oynayacaq. Həmin komandaların futbolçuları da hamıya bəllidi. Onların güclü futbolçuları var. Amma İtaliya və Xorvatiya səfərinə ürəksiz getməyin yeri yoxdu. Bu, futboldu. Bir də gördün ki, bəxt səndən yana oldu. Ona görə də rəqibin kimliyinə baxmadan vuruşmaq lazımdı".
Qeyd edək ki, Boqlarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev yerli mətbuata açıqlamasında Azərbaycan və Maltanın qrupda mərhələ adlamaq şansının olmadığını demişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”