Dünya futbolu
Runi rekord arzusundadı
İngiltərə millisinin hücumçusu Ueyn Runi yığmadakı h…
İngiltərə millisinin hücumçusu Ueyn Runi yığmadakı hədəflərindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, burada rekordlar qırmaq istədiyini dilə gətirib:
"Milli komanda ilə kubok qazanmaq əla olardı. Ancaq fərdi olaraq rekordlar qırmaq istəyirəm. İngiltərə yığmasında ən çox qol vuran futbolçu rekordunu qırmaq istəyirəm. Bunu edə biləcək gücdəyəm. Belə bir uğura imza atsam, mənim üçün əla olar. Ailəm də mənimlə qürur duyar. Yığmada ən çox qol vuran Bobbi Çarltonu keçmək özümdən asılıdır. Bunu edə biləcək gücdəyəm. İnanıram ki, bu istəyimə nail olacam".
Qeyd edək ki, Çarlton İngiltərə millisində 49, Runi isə 41 qol vurub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”