Ölkə futbolu
"Qarabağ"ın azarkeşləri Ukrayna sərhəddində problemlə üzləşdi
Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ” …
Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ” oktyabrın 23-də səfərdə Ukrayna “Dnepr”inin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, qarşılşamanı azərbaycanlı fanatlar da stadiondan canlı izləyəcək.
Belə ki, oktyabrın 17-də “İmarət” fan-klubunun bir neçə üzvü və “Sector-11”in rəhbəri qatarla Bakıdan Ukraynaya yola düşüb. Amma onların səfəri elə də asan olmayıb. Əldə etdiyimiz məlumata görə fanatlara Ukrayna gömrüyündə problem yaradıblar. Gömrükdə çalışan əsgərlər fanatlardan hara getdiklərini soruşublar. Azarkeşlər də öz növbəsində baş tutacaq “Qarabağ” – “Dnepr” matçını izləməyə gəldiklərini bildiriblər. Gömrükdə çalışanlar isə öz növbəsində bizimkilərdən rəsmi sənəd və ya oyunun biletini göstərmələrini tələb edib. “Qarabağ”lılar oyun üçün bileti stadionun kassalarından alacaqlarını bildirəndə, gömrük işçiləri onları buna görə ölkəyə buraxa bilməyəcəklərini bildirib. Daha sonra azarkeşlər Xarkov və Kiyev şəhərlərində dostlarını ziyarət edəcəklərini də bildiriblər. Bütün bunlara baxmayaraq gömrük işçiləri azarkeşlərə əşyalarını yığıb, qatardan düşmələrini, geri qayıtmalarını tələb ediblər. Ancaq həmin an orada olan digər azərbaycanlılar məsələyə müdaxilə edərək, fanatların Ukraynada baş tutacaq qarşılaşmanı izləmək üçün ölkəyə daxil olmalarına kömək göstəriblər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”