Ölkə futbolu
"Qarabağ"ın rəqibi xorvat oyunçusu ilə müqavilə yeniləyir
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i futbolçusu İvan Striniç ilə müqavilə yeniləməyə çox yaxındı. Futbolinfo.az xəbər verir ki, bu barədə xorvatiyalı müdafiəçinin meneceri Tonçi Martiç yerli mətbuata açıqlamasında məlumat verib.
O, fikirini belə izah edib: "Bu variant bizim üçün hələ də aktualdı. Çox ehtimal ki, Striniç "Dnepr"lə yeni müqavilə imzalayacaq. Düşünürəm ki, növbəti ay biz bu barədə yekun qərar verəcəyik".
Xorvatiyalı menecer 27 yaşlı futbolçu ilə səviyyəli Avropa klublarının da maraqlandığını, amma onun "Dnepr"də qalmağa daha yaxın olduğunu bildirib.
Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan Striniç 2011-ci ildən Ukrayna təmsilçisində çıxış edir. Onun müqaviləsi növbəti ilin iyununda başa çatacaq. Bu səbəbdən də bəzi Avropa klubları onu azad agent kimi heyətlərinə qatmaq fikrindədi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”