Dünya futbolu
Alveş “Real”dan çəkinir
"Barselona"nın müdafiəçisi Dani Alveş “…
"Barselona"nın müdafiəçisi Dani Alveş “El Klassiko" öncəsi fikirlərini mətbuat nümayəndələrilə bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, qələbə qazanacaqlarından şübhə duyduğunu bildirib:
"Ümid edirəm ki, yaxşı oynayacağıq. Çempionlar Liqasındakı matçda qalib gəldik və "El Klassiko"ya yaxşı formada hazırlaşırıq. “Real"ı udacağımıza söz verə bilmərəm, ancaq mübarizə aparacağıq. Belə matçlarda başqa cür ola da bilməz. Başqa cür biz bacarmarıq. O qədər də çox şey lazım deyil. Meydana çıxırsan, oynayırsan və özünə inanırsan".
Xatırladaq ki, "Real" – "Barselona" matçı oktyabrın 25-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”