Premyer-liqa
"Neftçi" Araz Abdullayevi əsas heyətə qaytardı
"Neftçi" Araz Abdullayevi bağışlayıb. Futbolinfo….
"Neftçi" Araz Abdullayevi bağışlayıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 8-ci turunda "Sumqayıt"la oyunda əvəzlənərkən baş məşqçi Arif Əsədova etiraz edən və onun əlini sıxmaqdan imtina edən futbolçu buna görə cəzalandırılmış və əvəzedici heyətə göndərilmişdi.
Bu üzdən o, ötən tur keçirilmiş "İnter"lə paytaxt derbisində komandasına kömək edə bilməmişdi. Amma artıq klub rəhbərliyi və məşqçilər korpusu futbolçunu bağışlayıb. Abdullayev bu gün keçirilən 10-cu turun "Bakı" ilə görüşündə start heyətdə meydana çıxıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”