Premyer-liqa
"Araz Naxçıvan"ın üzvləri klubun fəaliyyətini dayandırmasından xəbərsizdi
Bu gün "Araz Naxçıvan" klub saytı vasitəsilə…
Bu gün "Araz Naxçıvan" klub saytı vasitəsilə bəyanat yayaraq fəaliyyətini dayandırdığını bildirib. Futbolinfo.az xəbər verir ki, debütantın məsələyə günün ikinci yarısında aydınlıq gətirməsi gözlənilir.
Əldə etdiyimiz məlumata görə klub futbolçularına noyabrın 7-nə qədər istirahət verib. İş burasındadı ki, klubun fəaliyyətini dayandırması ilə bağlı futbolçulara heç bir söz deyilməyib. Komanda üzvləri klubun fəaliyyətinin dayandırması xəbərini də mediadan əldə ediblər.
Maraq üçün bildirək ki, komanda üzvlərinə noyabrın 6-da gecə saat 23:50-də Naxçıvana geri qayıtmaq üçün biletli də alınıb. Durum belə davam etsə, futbolçulara zəng edib, Naxçıvana gəlməmələrini deyəcəklər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”