Ölkə kuboku
"Topaz" üçün müftə reklam
23-cü Azərbaycan Kuboku uğrunda 1/8 final mərhələsi geridə …
23-cü Azərbaycan Kuboku uğrunda 1/8 final mərhələsi geridə qaldı. Sürpriz nəticə qeydə alınmasa da, çatışmazlıqlar yenə də nəzərə çarpdı. Nədənsə klublarımız bu dəfə də ölkə kubokuna dırnaqarası münasibət göstərdi.
Məsələ burasındadı ki, elita təmsilçiləri peşəkarlığa doğru irəliləmək əvəzinə xırda detallarla qeyri-ciddi olduqlarını nümayiş etdirirlər. Ötən mövsümdə olduğu kimi, bu dəfə də klublarımız sponsorsuz qalan ölkə kuboku uğrunda matçlara üzərində “Topaz”ın loqosu əks olunan formalarla çıxdı. Yalnız “Qarabağ”ın formasında sözügedən loqodan “Topaz” sözü çıxarılmışdı, top şəkili yerində qalmışdı. Digər klublarımız isə bu məsələyə ciddi yanaşmadı.
Təkrarən qeyd edirik ki, belə xırda məsələlər Avropa və dünya futbolunda anormal hal kimi qəbul edilir. Amma bizimkilər buna Azərbaycan reallığı kimi baxır. Halbuki hər yarış üçün ayırıca forma olmalıdı. Görəsən, klublarımızdan hansısa avrokubok matçına üzərində “Topaz”ın loqosu olan forma ilə çıxasalar, UEFA buna Azərbaycan reallığı ilə yanaşarmı? Əsla!
Klublar mütəmadi olaraq sponsorların azlığından şikayətlənir. Belə səriştəsizliyi görən sponsor hansı kluba dəstək olar ki? Siz öncə peşəkar olun ki, sonrada kimdənsə nəyisə uma biləsiz.
Ötən mövsüm məsələ ilə bağlı klub rəsmilərindən fikir öyrənəndə PFL-in onların qarşısına belə bir tələb qoymadığını bildirmişdilər. Buna görə də təkarən klub nümayəndələrinin alabəzək fikrlərini öyrənməyə ehtiyac duymadıq. Onsuz da təkrarçılığa yol verəcəklər. Normal, peşəkar komanda mövsümə başlamamış öncə hansı yarışlarda iştirak edəcəyini bəribaşdan bildiyi üçün ona uyğun forma sifariş verməlidi. Bəs, birdən PFL klubların qarşısına “ölkə kuboku uğrundakı oyunlara “Topaz”ın loqosu olmayan formalarda çıxın” tələbini qoysa, onda necə olacaq? Tumançaq qalacaqlar?
Cavabı tapılmayan suallar həddindən artıq çoxdu. Buna baxmayaraq, qabartdğımız məsələnin heç olmasa ¼ final mərhələsinə qədər öz həllini tapacağına inanmırıq, güman edirik. Yoxsa “Topaz” müftə reklamdan faydalanacaq.
EMİN SƏFƏROV
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”