Premyer-liqa
"Xəzər Lənkəran" stadionu dəyişəcək
Son turda “Qəbələ” üzərində inamlı qələbə qa…
Son turda “Qəbələ” üzərində inamlı qələbə qazanan “Xəzər Lənkəran” növbəti matçın hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, Oğuz Çətinin başçılığı ilə cənublular bu gün “Bayıl Arena”da məşq edib.
“Qəbələ” ilə oyundan sonra komandaya verilən istirahətin ardınca keçirilən ilk məşqdə zədəli olan Manuel Skarlatake iştirak etməyib. “İnter”lə oyunda zədələnən Rauf Əliyevin durumu isə yaxşılığa doğru gedir. Millimizin hücumçusu komandasına qoşulsa da, fərdi olaraq məşq edib.
Bundan başqa “Bakı” ilə oyunda cəza səbəbi ilə oyunu buraxacaq futbolçuların da adları bəlli olub. Rasim Ramaldanov və Rahid Əmirquliyev sarı vərəqə limitini doldurduğu üçün “zolaqlılar”la qarşılaşmada iştirak etməyəcək. “Bakı” – “Xəzər Lənkəran” matçı təbii ot örtüklü stadionda baş tutacağı üçün “Xəzər Lənkəran” növbəti məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”