Dünya futbolu
Adriano rəsmən Fransa klubunda
Məşhur braziliyalı futbolçu Adriano peşəkar futbol karyera…
Məşhur braziliyalı futbolçu Adriano peşəkar futbol karyerasını yenidən bərpa edib. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu Fransanın 2-ci divizionunda mübarizə aparan "Havr" klubunda çıxış edəcək.
Sözügedən klubun rəhbərliyi də xəbərin doğruluğunu təsdiqləyib. Keçidin detalları barədə məlumat verilmir. Yaxın günlərdə Adriano rəsmən mətbuata təqdim olunacaq.
Qeyd edək ki, İtaliyada "Parma", "İnter" və "Roma" kimi aparıcı klubların formasını geyən Adriano 2012-ci ilin martında "Korintians"la yollarını ayırdıqdan iki il sonra "Atletiko Paranaense" ilə anlaşmışdı. Ancaq onun "Paranaense" macərası cəmi 5 ay davam etmişdi. O həmçinin 2000-2009-cu illər ərzində Braziliya millisinin formasını geyinmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”