Dünya futbolu
Ölkə başçısı "Qalatasaray"ı qəbul edib, metro açdıracağına söz verdi – FOTO
Türkiyənin “Qalatasaray” klubu ölkə prezidenti…
Türkiyənin “Qalatasaray” klubu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olub. Futbolinfo.az xəbər verir ki, görüşdən sonra mətbuatın suallarını cavablandıran klubun vitse-prezidenti Abdurrahim Albayrak oyunçuların maaşı ilə bağlı problem olmadığını və ən qısa müddətdə azarkeşlərin “TT Arena”ya metro ilə gəlməsinin bərpa olunacağını bildirib:
“Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüz ani alındı. Dünən axşam saatlarında telefonla danışdıq və bu gün görüşdük. Problemlərimizi ona danışdım. Nazirlərə zəng edib, təlimat verdi. Bir çox problemimizi bu gün həll etdi. Daha sonra baş nazirlə də görüşdüm. Bu gün “Qalatasaray” üçün mübarək bir gündü. Prezidentimizə təşəkkür edirəm. İdarə heyəti olaraq, yenidən görüşəcəyik. Azarkeşlərimizin çox çətinlik çəkdiyini ona söylədim. “TT Arena”ya gedən metroyla əlaqədar danışdıq. Prezident nəqliyyat naziri ilə bu barədə danışdı və təlimat verdi . Ən qısa zamanda metromuz çalışacaq. Ona 53 nömrəli formanı verdim. İkimiz də Rizəliyik. “Qalatasaray”ın və türk futbolunun problemlərini danışdıq".
Albayrak sonda heç bir futbolçu ilə maddi və ya digər problemləri olmadığını sözlərinə əlavə edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”