Topaz Premyer Liqasının 13-cü turunun "Rəvan" – "Sumqayıt" matçında maraqlı hadisə qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın meydan sahiblərinin müdafiəçisi Aqil Nəbiyev kobudluğa yol verib.
 
Həmin vaxt qonaqların ehtiyat oyunçular skamyasının yanında əyləşmiş "Sumqayıt"ın administratoru Nəbiyevə söz atıb. Aqil isə ona barmaq silkələyərək "oyundan sonra görüşərik" deyib.
 
Lakin görüşdən sonra onlar görüşərək, məsələni sülhlə yoluna qoyublar və aradakı anlaşılmazlığa son qoyulub. 
 
Qeyd edək ki, "Rəvan" – "Sumqayıt" matçı 1:1 hesabıyla başa çatıb.
Shares: