Topaz Premyer Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilən "Bakı"nın hücumçusu Rauf Əliyev bu gün keçirilən mükafatlandırma mərasimində fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Ümumi götürəndə komandamız hələ təzədi. Komanda qarşıdakı oyunlarda daha da yaxşı çıxış etməyə çalışacaq. Mən və Əfran 11 yaşımızdan bir yerdə oynayırıq. Əvvəl “Qarabağ”da, indi “Bakı”da, həm də milli komandada. Futbolçuların bir-birini tam başa düşməsi üçün vaxt lazımdı”.
Shares: