"Şalke" "Real"ın qapıçısı İker Kasilyasla maraqlanır. Futbolinfo.az xəbər verir ki, alman klubu təcrübəli qolkiperi transfer etmək üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.
 
Lakin "Real" Kasilyasla vidalaşmaq fikrində deyil. Bu səbəbdən də "Şalke" İkeri 6 aylıq icarəyə götürməyi planlaşdırır.
 
Xatırladaq ki, cari mövsümdə Kasilyas "Real"ın heyətində ölkə çempionatında meydana çıxmayıb.
Shares: