Çempionlar Liqasının son turunda PSJ – "Anderlext" matçında Zlatan İbrahimoviç və Saşa Kleştan arasındakı dialoq görüşdən sonra uzun müddət müzakirə olunmuşdu. Futbolinfo.az xəbər verir ki, nəhayət, Belçika mətbuatı bu dialoqda söhbətin nədən getdiyini aydınlaşdıra bilib.
 
Belə ki, Kleştan həmin epizodda İbranın ona ”saqqalın bərbaddı” deyib. ABŞ-lı futbolçu isə cavabında "sən get, aynada burnuna bax" söyləyib.
 
Qeyd edək ki, sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Shares: