“Atletiko”nun və Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan terz-tez imicinə “ilişənlərə” mətbuat vasitəsilə maraqlı cavab verib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu açıqlamsında bunları deyib:
''Uzun saç yaraşmır dedilər, kəsdim. İndi də saqqal yaraşmır deyirlər. Onu da kəssəniz başqa bir şey deməkdən qorxuram, kəsəcək bir şey qalmadı".
Qeyd edək ki, Ardanı uzun saqqalı imicinə görə “300 spartalı” filminin qəhrəmanına da bənzədirlər.





