İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi David Moyes "Arsenal"ın futbolçusu Məsut Özil barədə fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yarımmüdafiəçini yay aylarında komandasının heyətinə qatmaq imkanı olduğunu bildirib.
Lakin baş məşqçi Özilə ehtiyacı duymadıqları üçün bu transferi reallaşdırmadığını deyib: "Heyətimizdə ona yer yox idi. Çünki Özilin mövqeyində Kaqava və Runiyə sahib idik. Biz fərqli mövqelərə transferlər düşünürdük".
Qeyd edək ki, Özil 47 milyon avro qarşılığında “Arsenal”a satılıb.





