Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Kristian Baroni ötən gecə keçirilmiş "Qalatasaray"la derbi matçından sonra "Şükrü Saracoğlu" stadionuna toplaşan azarkeşlərlə qələbə (2:0) sevincini bölüşüb. Lakin futbolinfo.az xəbər verir ki, brazilyalı futbolçunun hərəkəti "sarı qırmızı"lı azarkeşlərin qəzəbinə tuş gəlib.
 
Belə ki, oyunun final fitindən sonra "Qalatasaray"lı Felipe Melo ilə formasını dəyişən Kristian "Fənərbaxça"lı azarkeşləri salamlayarkən "Qalatasaray" formasını şortuna soxub. Onun bu hərəkəti xüsusil sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Shares: